Şəxsiyyətlərin tarixi dəyişdirməsi barədə məşhur bir tezis var. Bu tezisə görə, hadisələrin yönləndirilməsi və nəticəsi liderin verəcəyi qərarlardan çox asılıdır. Dünyanın taleyi əlində olan siyasi liderlərin qərarları bəşəriyyət üçün fəsad yaradırsa, o zaman tarixin amansız məhkəməsindən qurtara bilmir.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkildə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla ABŞ-ın 41-ci prezidenti Çorç Buşun görüşü əks olunub. 2012-ci ildə ABŞ-da olan 80 yaşlı Qorbaçov əlil arabasında olan 88 yaşlı ata Buşu ziyarət etmişdi.
...Bu iki şəxsin siyasi karyeralarına dünyanı məhvərindən çıxaran proselslərə rəhbərlik etmək yazılıb. SSRİ-ni dağıtmış Mixail Qorbaçov və İraqa hucumla Yaxın Şərq böhranının əsasını qoymuş Corc Buş...
Tarixin məhkəməsi hər zaman ədalətli olmur: Robespeyri gilyotinə aparan bu məhkəmənin kürsüsü bəzən simalara layiq olduğu hökmü oxuya bilmir... Onlar evlərində qocalır, hörmətlə dünyanı tərk edirlər... Bu iki eks-prezident kimi...
X.SƏFƏROĞLU