Modern.az

BDU-da “Gənclər Günü” ilə bağlı dəyirmi masa təşkil edilib

BDU-da “Gənclər Günü” ilə bağlı dəyirmi masa təşkil edilib

6 Fevral 2014, 12:57


Modern.az xəbər verir ki, Bakı Dövət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi “2 fevral – Gənclər Günü” ilə bağlı dəyirmi masa təşkil edilib.

Dəyirmi masanı giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov  iştirakçıları salamladı və bayram münasibəti ilə tələbə - gəncləri təbirik etdi. Çıxışına davam edərək D.Qənbərov 2 fevral – Gənclər Gününün yaranma tarixi haqqında qısa xatırlatma etdi. Sədr bildirdi ki, bu tarixi gün 1996-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, ümummilli lider Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

 Daha sonra tarix fakültəsi THT-nin sədri Əlirza Nəbiyevə çıxış edərək, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. “Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib” deyə sədr  vurğulayıb.

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.  

 

 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU