Modern.az

Sabahın hava PROQNOZU verildi

Sabahın hava PROQNOZU verildi

6 Fevral 2014, 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında
fevralın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində az qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozda bildirilir ki, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?