Modern.az

Azərbaycanda internetin sürəti Ermənistandan niyə aşağıdır? - ŞƏRH

Azərbaycanda internetin sürəti Ermənistandan niyə aşağıdır? - ŞƏRH

6 Fevral 2014, 13:40


Modern.az
xəbər verir ki,  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz əksər media qurumlarının Azərbaycanda internetin keyfiyyəti ilə bağlı yazılarına şərh verib. O, internetin keyfiyyəti ilə bağlı müəyyən qədər anlaşılmaz və ya çətin başa düşülən məqamların olduğunu səbəb gətirərək məsələni izah edib.  

O. Gündüz  ölkələr üzrə İnternetin sürəti ilə bağlı rəqəmlər təqdim edib və həmin rəqəmlərin  bu sahədə oturuşmuş və peşəkar qurum olan Net İndex təşkilatının növbəti hesabatından götürüldüyünü qeyd edib.

Net İndex müxtəlif ölkələrdə İnternetin orta sürətini müəyyən etmək üçün yenidən testlər keçirib. Ölkələr üzrə müxtəlif provayderlər vasitəsilə İnternetdən istifadə edənlərin orta İnternet sürətinə uyğun Reytinq cədvəli tərtib edilib.
Azərbaycandan 20 Provayderin müştəriləri arasında İnternetin sürəti ilə bağlı çoxsaylı testlər keçirilib. Testlərin nəticəsi olaraq ölkə üzrə orta sürət göstəricisi çıxarılıb.
Testlər son bir ay ərzində aparılıb. Azərbaycan üzrə İnternetin orta sürəti 4.25 Mbit/san olub.
Ölkələr üzrə İnternetin sürəti ilə bağlı Reytinq Cədvəlindən (//www.netindex.com/) çıxarış : 

Rusiya  20.81 Mbps sürətlə  33 - cü, Ukrayna 19.05 Mbps 39- cu, Qazaxıstan13.11 Mbps sürətlə 58- ci, Gürcüstan 12.26 Mbps sürətlə 62- ci yerdə qərarlaşıb.
Ermənistan 10.12 Mbps sürətlə 73- cü, Qırğızıstan 9.03 Mbps 
sürətlə 78- ci, Azərbaycan 4.27 Mbps sürətlə 133 – cü, Özbəkistan 2.74 Mbps sürətlə 167- ci yeri tutub.

Net İndex-in nəticələrinə görə, Azərbaycanda istiafdəçilər üzrə ən aşağı orta sürət göstəricisi olan Provayderlər aşağıdakı dövlət Provayderləridir :

Aztelekom :
2.65 Mbps 

Bakinternet :
2.54 Mbps 

“Xeyli müddətdir ki, provayderlər qiymətləri endirmək istəmirlər və nədənsə RİTN və Delta Telecom da bu vəziyyətlə barışır və hətta bəzən İnternet qiymətləri ilə bağlı reallığı əks etdirməyən açıqlamalar da verilir”-deyə O.Gündüz bildirib.
Bundan başqa o, qeyd edib ki, real vəziyyət beynəlxalq statistikanın nəticələri ilə tam əksini göstərir.
“Son illərdə qonşu ölkələrdə ciddi qiymət islahatları aparılıb. Azərbaycanda isə son dəfə 3 il bundan öncə belə bir uğurlu addım atılmışdı.
Fikrimizcə, həqiqətən də indiki halda ölkədə İnternetin qiyməti və keyfiyyəti ilə bağlı köklü dəyişikliklərə ehtiyac var. Artıq bu cür situasiya ilə bağlı Azərbaycan İnternet Forumu tərəfindən nazirlik və Delta Telecom-a da müraciət olunub.
Həm də ümid edək ki, bu il reallaşmağa başlayan “Evlərə optika” Layihəsi də ölkəmizdə İnternetin sürəti və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksələcək”.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU