Modern.az

Qarabağ qaziləri indi də Səhiyyə Nazirliyində olublar

Qarabağ qaziləri indi də Səhiyyə Nazirliyində olublar

6 Fevral 2014, 14:48

Modern.az xəbər verir ki, bu gün “Qarabağ qaziləri”, “Qarabağ əlilləri, Şəhid Ailələri və Veteranları”, “Azərbaycan Vətən Müharibəsi Veteranları” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin rəhbərləri Etimad Əsədov, Mehdi Mehdiyev, Füzuli Rzaquliyev, Firudin Məmmədov və fəal Qarabağ qazisi Rizvan Vəliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyində olublar.

Onları Səhiyyə nazirinin müavini Elsevər Ağayev və nazirliyin idarə rəisləri ilə görüşüblər.

Qarabağ qaziləri dövlətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağ əlillərinin, şəhid ailələrinin və veteranların vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən söz açaraq, bu qəbildən olan insanların son illər səhiyyə sahəsində yaranmış problemlərini nazirlik rəhbərlərinin diqqətinə çatdırıblar. 

Görüşdə müharibə adamlarının həlli vacib problemləri və onların həlli yolları ətraflı müzakirə edilərək çıxış yolları müəyyənləşdirilib. Nazirlik rəsmiləri problemin həlli üçün əllərindən gələnləri edəcəklərini deyiblər.

Görüşdən sonra Qarabağ qaziləri bildiriblər ki, səhiyyə sahəsində müharibə insanları ilə bağlı irəliləyiş olacağına inanırlar.

 

 

Modern.az

     
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU