Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə ölkə vətəndaşlarına qaşı “tərbiyəli” fikirləri ilə “fərqlənib”. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu gün səhər tezdən Kond məhəlləsinin sakinləri prezident rezidensiyası qarşısına toplaşaraq Sərkisyanla şəxsi görüş tələb ediblər. Təəssüf ki, yığışanlar məyus olublar. Prezidentlə görüşdə aksiya iştirakçıları qeyd ediblər ki, artıq 7 ildir mənzillərində icarəyə götürməyə məcburdurlar, son iki ayda isə icarə haqqı ödənilmir. “Koreyadakı kasıblar bizdən yaxşı yaşayır”, - iştirakçılardan biri belə deyib. Amma Serj Sərkisyan onların sözlərini kəsərək aksiya iştirakçılarından şəxsən onu ittiham etməməyi tələb edib: “Əgər mən sizin prezidentinizəmsə, bu o demək deyil ki, hər şeyə görə məni günahlandırmalısınız?”
Etiraz edənlərlə bundan sonra bir neçə dəqiqə də söhbət edən prezident avtomobilinə əyləşərək oradan uzaqlaşıb.
Modern.az