Modern.az

Peşəkar mühasib sertifikatı üzrə sınaq imtahanı

Peşəkar mühasib sertifikatı üzrə sınaq imtahanı

27 Aprel 2025, 15:16

Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə sınaq imtahanı keçirilib.

 

Bu barədə Modern.az-a DİM-dən bildirilib.

 

İmtahanda ümumilikdə 352 nəfər iştirak edib.

 

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə (qapalı tipli tapşırıqlar üzrə) tanış olmaq imkanına malik olublar. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən yekun imtahan nəticələrinin 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər