Modern.az

Elmlər Akademiyasında yoxlamalar keçiriləcək

Elmlər Akademiyasında yoxlamalar keçiriləcək

Təhsil

6 Fevral 2014, 16:34

Modern.az xəbər verir ki, Hesablama Palatasının ötən gün keçirilən Kollegiya  iclasında Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində (VÖEN 6400126081) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait  hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar, Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin istifadəsi və Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilmiş və nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında həmçinin, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, həmçinin  "Azərelektrikşəbəkətikinti" ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramları təsdiq edilib. 

Gündəlikdə olan digər məsələ, Hesablama Palatasının 2014-cü il 08 yanvar  tarixli Q-01 nömrəli Kollegiya qərarı ilə qəbul olunmuş Audit Proqramına əlavə və dəyişikliklər də müzakirə edilərək təsdiq edilib.

 

  Gültəkin Ələsgər  
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU