Bizim universitetlərimiz bir-biri ilə əlaqədə ola, təcrübələrini, elm, mədəniyyət, texnologiya sahələrində təcrübələrini bölüşə bilərlər.
Modern.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.
“Bizim iş adamlarımız, sənətkarlarımız istehsal etdikləri məhsulları, bacarıqlarını və regionun ehtiyacı olan malları bir-birinə ötürə bilərlər. Bizim regionumuzda mövcud olan bazar bütün dünyanın ehtiyaclarını ödəyə bilər. Bu bazar Azərbaycan üçündür, bu bazar İran üçündür, bu bazar Pakistan və Əfqanıstan üçündür”, - deyə Prezident Pezeşkian əlavə edib.
***
Hazırda dəhlizlərin və avtomobil yollarının keçdiyi məsələlərdə, bizimlə Rusiya arasında Şimal-Cənub, həmçinin Şərq-Qərb dəhlizlərində Azərbaycan və İran, sözün əsl mənasında, bir dörd yoldur ki, bütün əlaqələri və nəqliyyat yollarını həyata keçirə bilər.
Modern.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.
O qeyd edib: “Təbii olaraq Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır”.