Modern.az

Ən yüksək balı sumqayıtlı şagird topladı

Ən yüksək balı sumqayıtlı şagird topladı

Təhsil

2 May 2025, 17:30

Dövlət İmtahan Mərkəzi (DİM) 6 aprel 2025-ci il tarixində keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib

Modern.az-ın məlumatına görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 33382 nəfərdən 2205 nəfər imtahana gəlməyib. 8 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Əsədova Aytən Eynur qızı göstərib.

Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı