Modern.az

Şəhid əsgərimiz dəfn edilib - FOTOLAR

Şəhid əsgərimiz dəfn edilib - FOTOLAR

8 Fevral 2014, 10:17
Fevralın 6-da döyüş tapşırığını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Eşqin Firəddin oğlu hərbçilərin, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün anadan olduğu Füzuli rayonunda dəfn edilib.
Tədbirdə çıxış edənlər Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin əmisi və qardaşı bildiriblər ki, Şəhidlik ən yüksək zirvədir və igid oğlumuz bu zirvəyə yüksəlib. Biz hamımız bununla qürür duyuruq.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edilib.
Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub.
Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.
Şəhidin əzizləri ağır itki olmasına baxmayaraq, övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd ediblər. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU