Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasında ciddi dəyişiklik baş verdi. Şura sədrindən tutmuş bütün üzvlərə qədər siyahı tamamilə yeniləndi.
– Yazıçılar Birliyinin Gənclər Şurası ötən qurultay öncəsi yaradılmışdı. Şura sədri Elçin Hüseynbəyli idi. Bu il AYB növbəti qurultayı keçiriləcək. Qurultay öncəsi ciddi hazırlıq işləri görülür. Gənclər Şurasının yeni tərkibinin formalaşması da qurultayla bağlı atılan mühüm addımlardan biridir. Şura üzvləri həm də qurultayda nümayəndə olaraq iştirak edəcəklər.
– Necə oldu ki, uzun müddət dəyişməyən Şura üzvi birdən-birə dəyişdi?
– Bu, tam zamanında atılmış addım kimi qiymətləndirilməlidir. Əvvəlki tərkib öz missiyasını başa vurmuşdu. Katiblik yeni tərkibin qurultay formalaşması üçün ciddi addımlar atdı. Bu həm də qurultay öncəsi vacib bir addım idi.
– Üzvlər hansı prinsipə əsasən seçildi?
– Gənclər Şurasının üzvləri seçilərkən öncəliklə onların yaşları nəzərə alındı. Bundan sonra isə cəmiyyətdəki fəallıqları, ədəbi icmada tanınmaqları, yaradıcılıq fəaliyyətləri və s. vacib amillər əsas götürüldü.
– Planlarınızda nə kimi layihələr və görüləcək işlər var?
– Gənclər Şurasının yeni tərkibi formalaşan kimi “Ali məktəblərdə ədəbiyyatın təbliği və müasir ədəbi prosesdə gənclərin rolu” mövzusunda ali məktəblərin tələbə və gənclər təşkilatlarının sədr və sədr müavinlərinin iştirakı ilə dəyirmi masa təşkil olundu. Bir neçə gün öncə isə Gənclər Şurasının toplantısında nəzərə alındı ki, ayda iki dəfə iclas keçirilsin, il ərzində görüləcək işlərin planı hazırlansın.
– Əvvəlki Gənclər Şurası ilə sizin fəaliyyətiniz arasında hansı fərqlər olacaq?
– Köhnə tərkib aktiv fəaliyyəti olub. Bir çox əhəmiyyətli layihələr, tədbirlər həyata keçiriblər. Fərqə gəlincə, bunu indidən demək tezdir. Gəlin vədlərə deyil, görüləcək işlərə inanaq.
Elmin Nuri