Modern.az

Sabah ölkə ərazisində mülayim hava şəraiti olacaq

Sabah ölkə ərazisində mülayim hava şəraiti olacaq

Təhsil

8 Fevral 2014, 12:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 9-da hava gündüz əsasən, yağmursuz keçəcək. Lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU