Modern.az

YAP-dan Əli İnsanova CAVAB: “Bu, bizim işimiz deyil”

YAP-dan Əli İnsanova CAVAB: “Bu, bizim işimiz deyil”

8 Fevral 2014, 13:23


“Bu, bizim işimiz deyil, onun dediklərini hüquq-mühafizə orqanları araşdırmalıdır”. Bunu Modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmədə dediyi “Məni öldürmək istəyirlər” fikrinə münasibət bildirərkən deyib.

S.Novruzov Ə.İnsanovun məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənli ilə söhbətində hakimiyyət haqqında dediklərinə də münasibət bildirib: “Əksinə, Cəmil Həsənli ilə Əli İnsanovun sonuna az qalıb. Görürsünüz ki, Cəmil Həsənlinin ətrafında olan adamlar dağılışıdıqca, məyus olub. Ona görə də bilmir, nə danışır, necə danışır”.

Fevralın -7-də Bakı Apelyasiya Məhkəməsində Əli İnsanovun işi üzrə məhkəmə prosesi davam etdiriliib. Bu iş üzrə onu qeyd edək ki, Avropa Məhkəməsi Əli İnsanovun şikayətinə baxaraq onun Azərbaycan məhkəmələrində işinə baxılarkən bir çox hüquqlarının pozulduğunu tanıyıb. 

Ali Məhkəmənin Plenumu da Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı qərar verib. Həmin qərarın bir hissəsinə görə Ə.İnsanovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılmalı, digər hissəsinə görə isə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Dünənki prosesdə Əli İnsanov məhkəmənin iclas zalına gətirilərkən, Cəmil Həsənli onunla qısamüddətli də olsa, görüşə bilib. Əli İnsanov C.Həsənliyə "bu iqtidarın axırına az qalıb" deyib.

Daha sonra Əli İnsanov məhkəmə prosesinin davam etdiyi zaman şüşə arxasından olduqca ciddi iddia ilə çıxış edib: "Məni öldürmək istəyirlər". 

Qeyd edək ki, 2005-ci ilin oktyabrında həbs olunan sabiq səhiyyə naziri Əli İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum olunub.


İlkin 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU