Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bir neçə gün öncə keçirilən buraxılış imtahanında maraqlı hal yaşanıb.
Modern.az xəbər verir ki, bu barədə DİM-in nəzarətçi müəllimi Elyar İslamoğlu öz feysbuk hesabında paylaşım edib.
Belə ki, imtahana gələn 9-cu sinif şagirdinin cibindən oyuncaqlar çıxıb.
“Qızlarınızı 9-cu sinifdən ərə verməyin. Hələ uşaqdılar. Ciblərinə oyuncaqlarını yığıb imtahana gəlirlər”, - deyə o qeyd edib.