Böyük bir turizm şirkətinin idarə heyətinin rəhbəri Hakan Əryin Evsənsə firmanın kiçik ortağı olan keçmiş həyat yoldaşı, azərbaycanlı Heyran Osmanovadan (39 yaş) boşanandan sonra bir-birinə qarşı qənim kəsiliblər.
Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki İstanbul Prokurorluğuna müraciət edən xanım Osmanova boşanmalarının ardından firmanın bir sənədində adının altında saxta imza gördüyünü bəyan edib. Osmanova ayrıca şirkət çətinə düşdüyü üçün Bakıdakı ailəsindən pul istədiyini, ancaq keçmiş yoldaşına hissə-hissə göndərilən 1 milyon 100 min dolların özünə qaytarılmadığını iddia edərək, bunun üçün ayrıca dava açacağını söyləyib.
Keçmiş həyat yoldaşının barəsində 5 ilə qədər həbs cəzası istədiyi akan Evsənsə imza ilə əlaqədar məlumatı olmadığını iddia edib. Şirkətin maliyyə müşaviri isə bu imzanın səhvən atıldığını və kimin atdığını xatırlamadığını söyləyib.
Modern.az