Fevralın 10-dan YAP Gənclər Birliyinin təşkil etdiyi «Gənc liderlər» gənc siyasətçilər üçün «Qış məktəbi»nə start verilib.
Fevralın 10-dan 14-dək Oğuz rayonunda yerləşən «Afra» oteldə davam edəcək «Qış məktəbi»ndə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının 100-ə yaxın fəal gəncləri və ali məktəb tələbələri iştirak edəcəklər.Dünən «Qış məktəbi»nin açılışı olub. İştirakçılar komandalara bölünüb, gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən danışıblar.
«Qış məktəbi» çərçivəsində keçiriləcək debatlarda müxtəlif mövzularda müzakirələr aparılacaq, layihə çərçivəsində gənclərin Milli Məclisin deputatları, həmçinin siyasətçilərlə görüşləri də nəzərdə tutulub.
Modern.az