Modern.az

Millət vəkili orta məktəbi yüksək qiymətlərlə oxuyan gənclərlə görüşüb

Millət vəkili orta məktəbi yüksək qiymətlərlə oxuyan gənclərlə görüşüb

11 Fevral 2014, 10:45

Modern.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Bozalqanlı kənd orta məktəbində orta məktəbi yaxşı oxuyan şagirdlərlə  görüş keçirib. Görüş zamanı  şagirdlərlə geniş söhbət edən millət vəkili onların təhsili və üzləşdikləri problemlərlə maraqlanıb, geniş fikir mübadiləsi aparıblar.  Gəncləri bir-bir dinləyərək, onlara  tövsiyyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini xüsusi vurğulayan millət vəkili ən yüksək nəticələrlə oxuyan gənclərin gələcəkdə xarici ölkələrdə təhsil ala bilmə imkanlarının da olduğunu söyləyib. Millət vəkili eyni zamanda hərbi məktəblərə hazırlaşan gənclərlə geniş fikir mübadiləsi aparıb və bildirib ki, son illər Tovuz rayonunun hərbi məktəblərə üz tutan gənclərin sayı və keyfiyyətinə görə ön sırada olması sevindirici bir hadisədir və hərbi məktəblərə üz tutan gənclərin sayı ilə bərabər ən yaxşı nəticələrlə oxuyan gənclər arasında bu istiqamətə üz tutanların sayının artması önəmlidir. Gənclər arasında siqaret, narkotik kimi zərərli vərdişlərə meyilliyin artmasının narahatverici olduğunu bildirən millət vəkili  onu da qeyd edib ki, müəllimləri və məktəb kollektivləri bu məsələlərə xüsusi diqqət göstərməli və maarifləndirmə işlərinin daha da artırmalıdırlar.  Görüşün sonunda millət vəkili Qənirə Paşayeva bütün müəllim və gənclərə özünün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib  və onlara uğurlar arzulayıb.


    Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU