“Nar Mobile”-ın sponsoru olduğu “İKT-3” müsabiqəsinin qalibləri müəyyənləşib. Modern.az xəbər verir ki, “Hilton Baku” otelində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən birgə keçirilən “İKT-3” müsabiqəsi çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində fəal çalışan gənc alimlərin fəaliyyətlərinin stimullaşdırılması məqsədilə bu sahədə dərc edilmiş ən yaxşı elmi işlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də gənc alimləri bu münasibətlə təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Tədbirdə iştirak edən “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai isə korporativ sosial məsuliyyət strategiyasını əldə rəhbər tutan “Nar Mobile” mobil operatorunun ölkədə təhsil və elmin inkişafına, maariflənməyə yönəlmiş layihələrə xüsusi önəm verdiyini və hər il mütəmadi olaraq bu kimi layihələr həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırıb. Akademiya təşkilatları, ali təhsil müəssisələri, nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, QHT-lər və İKT ilə əlaqəli şirkətlərin əməkdaşları olan gənc alim və mütəxəssislərin iştirak etdikləri müsabiqədə qaliblərə Bestcomb şirkəti və “Nar Mobile” mobil operatoru tərəfindən dəyərli hədiyyələr təqdim edilib.
Modern.az