Modern.az

ABŞ-ı sarsıdan daha bir eşq iddiası - Obama haqda

ABŞ-ı sarsıdan daha bir eşq iddiası - Obama haqda

Təhsil

11 Fevral 2014, 12:12


İtaliyalı paparazzi-fotoğrafçı Paskal Rostainin bir jurnal və radioya verdiyi reportajda dilə gətirdiyi “Amerikanın gündəmində çox əhəmiyyətli bir mövzu var. Bu prezident Barak Obama ilə müğənni Beyonsun yaşadığı eşq əlaqəsidir...

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, “Vaşinqton Post” qəzeti Obama ilə Beyonsun eşqbazlıq əlaqəsini çərşənbə axşamı günü başlığına daşıyacaq.
 “Maqazin qəzetləri demirəm “Vaşinqton Post” deyirəm” iddiası bir anda ölkə gündəminə oturub. Mediadakı iddialara bağlı fikirlərini açıqlayan amerikalılar, iddianı “inanılması zor və gülünc” olaraq şərh ediblər.

Keçdiyimiz günlərdə də keçmiş prezident Bill Klinton bənzər bir iddia ilə gündəmə gəlmişdi. İngilis aktrisası Elizabeth Hurleyin keçmiş prezident Bill Klintonla əlaqədə olduğunu iddia etmiş, daha sonra da bu mövzuda yalan danışdığını etiraf etmişdi.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU