Modern.az

Xankəndidə ikinci məktəb - Nazir detalları AÇIQLADI

Xankəndidə ikinci məktəb - Nazir detalları AÇIQLADI

Təhsil

13 May 2025, 11:50

İşğaldan azad edilmiş ərazilərimizdə 20 təhsil müəssisəsi, 2300 şagird var. Həmçinin 200-ə yaxın azyaşlı uşaq bağçaya gedir.

Modern.az xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

“2026-ci ilə qədər yeni təhsil müəssisələrini görəcəyik. Xankəndidə 4 nömrəli məktəb demək olar ki, tam dolub. Ona görə də növbəti ildə ikinci məktəbin açılmasını planlaşdırırıq”, - deyə nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər