Modern.az

Müəllimlərin sertifikasiya imtahanının vaxtı AÇIQLANDI

Müəllimlərin sertifikasiya imtahanının vaxtı AÇIQLANDI

Təhsil

13 May 2025, 12:39

Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov məlumat verib.

O bildirib ki, sertifikasiya 18-25 iyunda keçiriləcək.

Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal