Modern.az

"Son zəng"lə bağlı məktəblərə XƏBƏRDARLIQ

"Son zəng"lə bağlı məktəblərə XƏBƏRDARLIQ

Təhsil

13 May 2025, 12:46

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldanagentlik xəbərdardır, bununla bağlı kommisiya yaradılıb".

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasıbda deyib.

"Yoxlamalar aparılıb. "Son zəng" tədbiri ilə bağlı agentliyin müvafiq təlimatı var. Həmin təlimata əməl etmək mütləqdir. Bütün təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırış edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. Şagirdlərin kiçikhəcmli çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbir keçirilməsi yolverilməzdir", - o əlavə edib.

Xatırladaq ki, Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru "Son zəng"lə əlaqəli valideynlərdən pul yığılmasına görə yayılmış səsyazısına görə ötən gün vəzifəsindən azad edilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu