
Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan bir müddətdir “Martın 30-dan sonra daşlar yerindən oynayacaq, bir partiya ortaya çıxacaq” kimi iddiaları ictimaiyyətlə paylaşır.
Modern. az saytının məlumatına görə, Türkiyənin tanınmış qəzet yazarı Fehmi Koru da camaatın ən geci prezident seçkiləri ərəfəsi partiya quracağı haqda yazıb. Onun fikrincə, tanınmış din xadimi olan və hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin adamlarının baş nazirin dediyi kimi martın 30-da keçiriləcək bələdiyyə seçkilərindən sonra, yaxud prezident seçkiləri ərəfəsində yeni partiya quracaqları şübhəsizdir.
Fehmi Korunun yazdığına görə, siyasi proseslərin indiki gedişi də camaatın yeni partiya quracağını istisna etmir: “Camaatın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verməyəcəklərini bilirik, ona görə yaxında dəstəkləyəcəkləri partiyanı da öyrənəcəyik”.
Modern.az