Modern.az

Nəqliyyat Nazirliyi: Ayın sonunda cəzalanmış sürücülərin statistikası açıqlanacaq

Nəqliyyat Nazirliyi: Ayın sonunda cəzalanmış sürücülərin statistikası açıqlanacaq

Təhsil

11 Fevral 2014, 12:44

2011-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları“na əlavələr edilib. Belə ki, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda sürücülərin siqaret çəkməsi qadağan olunub. Qərardan sonra ictimai nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edildi ki, avtobuslarda siqaret çəkənlər 40 manatdan 50 manatadək cərimə olunacaq.
Həmin vaxtdan bu yana avtobuslarda siqaret çəkən sürücülər azalsa da, hələ də insanların tüstüdən boğulmasına məhəl qoymayaraq siqaret çəkən kifayət qədər sürücüyə rast gəlinir. Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənovun Modern.az-a verdiyi məlumata görə, ictimai nəqliyyatda siqaret çəkən sürücülərin sayı xeyli azalıb. “Cərimələnənlər də olub, sürücülərə göstərişlər, sahibkarlara tapşırıqlar verilib. Siqaret çəkənlərin sayı kifayət qədər azalıb. Biz onları xəbərdar etmişik. Bizim intellektual nəqliyyat sisteminin kameraları vasitəsilə onlar müəyyənləşir. Həmin anda onlar ekranda görünür. Görüntülər izlənildiyindən əksər sürücülər sükan arxasında siqaret çəkməkdən imtina edir”.

N. Həsənovun sözlərinə görə, belə hallarla rast gəldikləri zaman sərnişinlər “qaynar xətt”ə müraciət etməlidir. “Şikayət daxil olduğu təqdirdə həmin sürücü və sahibkar barədə tədbir görülür. İnzibati protokol yazılır. Sahibkar həmin sürücünü cərimələyir. Çünki cərimələmə nazirliyin funksiyasına daxil deyil. Cəzalanan sürücülərin sayı ilə bağlı dəqiq rəqəm fevral ayının sonunda veriləcək. Düşünürəm ki, əvvəlki illərlə müqayisədə fərq böyük olacaq”.

 

  Gülşən Raufqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU