Modern.az

Prezident müxalifət lideri ilə debata razılaşdı

Prezident müxalifət lideri ilə debata razılaşdı

Təhsil

11 Fevral 2014, 15:30


Ukrayna prezidenti Viktor Yanukoviç “UDAR” Partiyasının lideri Vitali Kliçko ilə teledebata hazır olduğunu bildirib. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dövlət başçısının mətbuat xidmətinin açıqlamasında qeyd edilir ki, inkişaf etmiş ölkələrdə bu cür debatların keçirilməsi praktikası var.

Fevralın 9-da müxalifət lideri Kliçko Yanukoviçi Maydana - onunla və xalqla debatda iştiraka dəvət edib. Onun fikrincə, dövlət başçısı onun vətəndaşlarının nə fikirləşdiyini bilməlidir. Bundan əlavə, o iddia edib ki, Yanukoviç ölkədəki böhrana görə cavabdehdir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU