Modern.az

Auditorlar Palatasının işçisinə cinayət işi açıldı

Auditorlar Palatasının işçisinə cinayət işi açıldı

Təhsil

11 Fevral 2014, 15:57

Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktor-auditorunun qanunsuz hərəkətlərə yol verməsinə dair material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.  Bu barədə Modern.az-a prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan bildirilib ki, araşdırma zamanı təşkilatın direktor-auditoru Natiq Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.  

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU