Modern.az

Zahid Oruc Artur Rasizadədən nə xahiş edib?

Zahid Oruc Artur Rasizadədən nə xahiş edib?

Təhsil

11 Fevral 2014, 16:04

Millət vəkili Zahid Oruc baş nazir Artur Rasizadə ilə görüşüb. Bunu Modern.az-a açıqlamasında millət vəkilinin özü məlumat verib.

Millət vəkili görüş zamanı təmsil etdiyi bölgənin-Bərdə rayonunun mühüm bir probleminin həllini baş nazirdən xahiş edib. Z.Orucun dediyinə görə, söhbət Tər-tər çayının keçdiyi  Yeni Əyricə kəndi ərazisindəki  körpü ilə bağlı yaranan və uzun müddətdən bəri davam edən  problemin həllindən gedir:

“Qəzalı durumda olan həmin körpü yalnız Sovet dövründə normal-işlək vəziyyətdə olub və bir neçə müddətdir ki, həm nəqliyyat vasitələrinin, həm də minlərlə insanın istifadə etdiyi bu  körpü tamam yararsız  duruma düşüb. Odur ki, görüş zamanı bununla bağlı məsələni  Nazirlər Kabineti rəhbərinin nəzərinə çatdırdım.

 Bu yerdə xüsusilə onu vurğulamaq istəyirəm ki, bundan əvvəlki dönəmdə də cənab Artur Rasizadə  Bərdənin problemlərinin həllinə çox yaxından ilgi göstərib, onlarla kəndin mavi yanacaqla təmin olunmasından tutmuş, oradakı suvarma sistemlərinin quruculuğuna və sairə qədər hamısına real qərarlarla təsir göstərib.

Bu mənada tam əminliklə söyləmək olar ki, sözügedən problem də onun göstərişi, tapşırığı ilə öz həllini tapacaq və bu ərazidəki insanlar da məhz  bunu bizdən gözləyirlər”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU