Modern.az

İlham Rəhimovdan xəbər var

İlham Rəhimovdan xəbər var

Təhsil

11 Fevral 2014, 16:25

Hüquqşünas beynəlxalq konqresə dəvət alıb

Bu ilin 31 avqust-6 sentyabr tarixlərində Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində Cinayət Hüququ üzrə Beynəlxalq Assosasiyanın (IAPL) 90 illik yubeliyinə həsr olunmuş 19-cu beynəlxalq konqres keciriləcək. Beynəlxalq tədbirə dəvət almış tanınmış xarici ölkə hüquqşünasları sırasında həmyerlimiz, hüquq elmləri doktoru, professor İlham Rəhimovun da adı var.

İ.Rəhimov bu tədbirə Cinayət Hüququ üzrə Beynəlxalq Assosasiyanın prezidenti Joze Luis de la Kuesta tərəfindən dəvət olunub. Dəvət məktubunda deyilir: “Sizin Cinayət hüququ üzrə 19-cu beynəlxalq konqresdə iştirak etməyiniz mənim üçün böyük şərəfdir. İnanıram ki, konqresin gedişi zamanı geniş təcrübə müdalisi etməklə yanaşı, həm də yeni elmi və professional əməkdaşlıq üçün böyük imkanlar fürsəti əldə edə biləcəyik.
Cinayət Hüququ üzrə Beynəlxalq Assosasiyanın prezidenti Joze Luis de la Kuesta”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU