Modern.az

Prokurorluq “Aqrolizinq ASC”-nin işçilərinə cinayət işi açdı

Prokurorluq “Aqrolizinq ASC”-nin işçilərinə cinayət işi açdı

Təhsil

11 Fevral 2014, 16:49

“Aqrolizinq” ASC-nin Şəki regional loqistik bazasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Bu barədə Modern.az-a prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan bildirilib ki, aparılmış araşdırmalarla qeyd edilən müəssisənin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın icarəyə verilməsi, satılması, həmçinin göstərilən xidmətlərə görə yığılan pul vəsaitinin kassaya mədaxil edilməməsi, həmçinin yol verdikləri digər qanun pozuntuları nəticəsində dövlətə külli miqdarda ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU