Millət vəkili Hadi Rəcəbli Lənkəranda seçiciləri ilə görüşüb. Seçicilərin müraciəti ilə baş tutan görüşdə deputat rayon sakinlərini dinləyib. Bu barədə Moden.az-a deputatın qərargahından məlumat verilib.
Aşağı-Nüvədi qəsəbə sakini Barat Məhərrəmov sağlamlığının bərpası ücün sanatoriyaya putyovka, Gərmətük qəsəbəsindən Aygün Səfərova sosial durumun çətinliyi ilə bağlı, Sağlakücə kənd sakini Yədulla Yədullayev oğlunun, Havzava kənd sakinləri İlqar Bayramov, Ümüd Cəfərov isə işlə təmin olunması ilə bağlı müraciət ediblər.
Müraciət edən vətəndaşların bir qrupunun məsələsi yerindəcə öz həllini tapıb. Elmira Rəcəbovaya sosial yardımın alınması üçün sənədlərin qanuna müvafiq hazırlayıb, ƏƏSMN-nin yerli şöbəsinə müraciət etməsi tövsiyə olunub, İlqar Bayramov və Ümüd Cəfərov işlə təmin ediliblər, Aygün Səfərovaya isə maddi köməklik göstərilib.
Müraciət edənlər ölkədə gedən sosial iqtisadi inkişafı xüsusi vurğulayıb və fikir mübadiləsi də aparıblar.
Ümumilikdə gün ərzində 15 nəfər vətəndaşın müraciətinə baxılıb.
Modern.az