Modern.az

Bakıda Qaradağlı soyqırımı anıldı

Bakıda Qaradağlı soyqırımı anıldı

Təhsil

11 Fevral 2014, 18:34

Bu gün Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayı ilə birlikdə Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş soyqırımın 22-ci ildönümü münasibətilə dəyirmi masa keçirdi.

Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edildi.

“Soyqırım: Qaradağlı davam edir...” filminin nümayişindən sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov  Ermənistanın zaman-zaman ona havadarlıq edən dövlətlərin dəstəyilə Azərbaycan ərazilərində qətliyamlar törətməklə Azərbaycan torpaqlarında bugünkü Ermənistan dövlətinin yaradılmasına nail olduğunu bildirdi.

“Heç bir beynəlxalq hüquq normalarına, heç bir insani dəyərlərə məhəl qoymadan Azərbaycan ərazilərində törədilən soyqırımlara göz yuman, Azərbaycanlılara qarşı törədilən soyqırımlara belə 2-li standartlarla yanaşan beynəlxalq təşkilatların Qaradağlı soyqırımına da biganə münasibəti Ermənistan kimi terroru və təcavüzü özünün dövlət siyasətinə çevirmiş bir ölkəyə dəstək kimi qiymətləndirilməlidir. Xocalı soyqırımına aparan Qaradağlı qətliyamı azğınlaşmış erməni silahlı qüvvələrinin qanlı cinayətlərindən biri idisə, bu qırğınlara göz yuman beynəlxalq təşkilatların əməlləri isə daşıdıqları missiyaya xəyanətdən başqa bir şey deyil. Bu gün Azərbaycanın güclənməsini istəməyən, dövlətimizin hərtərəfli inkişafını gözü götürməyən bəzi dövlətlərin və bəzi beynəlxalq təşkilatların fəaliyyətləri isə təcavüzkar və işğalçı Ermənistana dəstək verməklə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Həmçinin Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək məqsədi daşıyır”-deyə V.Qədirov qeyd etdi.

Tədbirdə çıxış edən Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkili Qənirə Paşayeva, "Azərbaycan Mədəniyyət, Dil Tarix, Mədəniyyət, Araşdırma" mərkəzinin sədri Seyfettin Ayakyay, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, digər QHT rəhbərləri, Qaradağlı soyqırımının canlı şahidləri Ermənistanın törətdiyi soyqırımı aktlarının bəşəri cinayət olduğunu və bu cinayətə beynəlxalq təşkilatların hüquqi qiymət vermələrinin vacib olduğunu vurğuladılar.






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU