Modern.az

Bakıda lisey direktoruna yüksək vəzifə verildi

Bakıda lisey direktoruna yüksək vəzifə verildi

Təhsil

21 May 2025, 16:31

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Turanə Məcidli BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Turanə Məcidli Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin direktoru vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi