Modern.az

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat BAŞLADI

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat BAŞLADI

Təhsil

22 May 2025, 09:56

Bu gündən 2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. 

Modern.az xəbər verir ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra  www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

 

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi