Bu gün səhər metronun “Azadlıq prospekti” stansiyasının çıxışına yaxın ərazidəki yarımtikili zirzəmidə yerləşən kafedə güclü partlayış baş verib. Modern.az-ın verdiyi məlumata görə, olay yerinə Fövqəladə Hallar Nazirliyinin, Təcili Tibbi Yardım Stansiyasının çoxlu əmməkdaşı cəlb olunub.
Olay nəticəsində yaxınlıqda yerləşən “Şahəhşah” restoranına da ziyan dəyib.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.
Partlayış nəticəsində yaralananların olduğu bildirilir.
***
Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumay yayıb. Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.