Modern.az

Yevlaxda özünü yandıran əlil reanimasiyadan çıxarılıb

Yevlaxda özünü yandıran əlil reanimasiyadan çıxarılıb

13 Fevral 2014, 11:55

Nizami Xəlilovun vəziyyəti yaxşıdır. Artıq palataya köçürülüb. Demək olar ki, bir möcüzə oldu. Gündəlik 5 saat onun sarğı və yaralarının təmizlənməsinə sərf edirdik. Şükür ki, nəticə yaxşı oldu. Bunu Modern.az saytına 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov deyib: “Müalicəsi xəstəxanada davam edir. Ayağa qaldırdıq. Hər şey yaxşıya doğrudur. İnşallah, gələn həftəyə qədər bütün yaralarının sağalmasını bacararıq. Rahim Abdullayev isə hələ ki reanimasiyadadır. Ağciyərlərindəki fəsadlardan dolayı bir şey deyə bilmirəm”.

Qeyd edək ki, əlil Nizami Kərimov yanvarın 27-də səhər saatlarında Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

Kürdəmi rayonunun Topalhəsənli kənd sakini Rahim Abdullayev isə qayınatasının həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU