Modern.az

“Drujba narodov”da imzası görünən daha bir azərbaycanlı müəllif

“Drujba narodov”da imzası görünən daha bir azərbaycanlı müəllif

13 Fevral 2014, 12:06

Modern.az-ın məlumatına görə, Rusiyada nəşr edilən “Drujba narodov” jurnalı (№1, 2014) yenidən öz səhifələrində azərbaycanlı müəllifə yer ayırıb. Bu dəfə nəşrdə yazısı dərc edilən filologiya elmləri doktoru, professor Həsən Hüseynovdur. Onun “Müasir dünyada rus dili” məqaləsində rus dilinin əvvəlki dövr və hazırda tutduğu mövqe araşdırılır.

H. Hüseynov bir neçə kitab, yüzlərlə elmi məqalə və araşdırmanın müəllifidir. 1953-cü ildə Bakıda doğulmuş alim tanınmış yazıçı Çingiz Hüseynovun oğludur. O, Moskva Dövlət Universitetinin məzunu, Ali İqtisadiyyat Məktəbinin professorudur. Uzun müddət bir neçə xarici elmi müəssisədə dərs deyib.

Qeyd edək ki, H. Hüseynov son dövrlərdə “Drujba narodov” jurnalında imzası görünən üçüncü azərbaycanlı müəllifdir. Ona qədər bu KİV-də Ə. Əylisinin “Daş yuxular” romanı, R. Bədəlovun “Zərdablı adam” povesti nəşr olunub.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?