Modern.az

Gürcüstan Prezidenti İçəri Şəhərdə olub-FOTO

Gürcüstan Prezidenti İçəri Şəhərdə olub-FOTO

13 Fevral 2014, 16:20

Modern.az xəbər verir ki, fevralın 13-də Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili İçəri Şəhərlə tanış olub. Qonağı “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Samir Nuriyev qarşılayıb. İdarə rəisi Bakının qədim hissəsinə olan diqqət və qayğıdan danışaraq, qədim şəhərin tarixi və abidələrin qorunmasının önəmindən bəhs edib.

Gürcüstanın dövlət başçısı İçəri Şəhərlə tanışlığa ilk olaraqYUNESKO-nun mədəni irs siyahısına daxil edilmiş Qız qalası abidəsi ilə başlamış, tarixi abidənin unikal forması, memarlıq xüsusiyyətləri və abidədə aparılmaqda olan muzey konservasiya işləri barədə məlumat prezidentin marağına səbər olub. Gəzinti yaxınlıqda yerləşən Sıratağlı dini-memarlıq kompleksində  davam etmiş, ali qonaq burada yerləşən müxtəlif dövrlərə aid daş ekspozisiyası ilə tanış olub. Kiçik Qala küçəsində elektromobillərlə davam etdirilən gəzinti zamanı ali qonağa “Arxeoloji Park”, Bakı Xanlarının Sarayının qalıqları, Qoşa Qala Qapıları və Qala Divarları barədə məlumat verilmişdir. Təndir çörəyinə qonaq edilən cənab Georgi Marqvelaşvili eyni zamanda təndir çörəyinin hazırlanma prosesi ilə də tanış olublar. Kiçik Qala küçəsində gəzinti Qala Divarının bərpa olunmuş hissəsinə qədər davam etmiş, ali qonağa Qala Divarları, onların bərpası layihəsi və ətrafında aparılan abadlaşdırma və konservasiya işləri barədə danışılıb. Gürcüstan dövlət başçısı Bakının tarixi mərkəzi ilə tanışlığa Qədim şəhərin dünya əhəmiyyətli abidəsi olan Şirvanşahlar Saray kompleksi ilə davam edib, daha sonra isə Məhəmməd məscidini ziyarət edib.

Sonda cənab Georgi Marqvelaşvili  fəxri qonaqlar kitabında öz ürək sözlərini yazmışdır. Ali qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.

 

 

    Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU