Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Cəfərli Şaiq Həsən oğluna məxsus yanacaq daşıyan qoşqulu “KamAZ” markalı avtomobildə qaynaq işləri aparılması çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər Biləsuvar rayon sakini, 1970 - ci il təvəllüdlü Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır.
Modern.az