Modern.az

“Abituriyent” jurnalının 12-ci nömrəsi çıxdı

“Abituriyent” jurnalının 12-ci nömrəsi çıxdı

Təhsil

30 May 2025, 10:34

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində nəşr edib.

Modern.az xəbər verir ki, bu elmi-statistik təhlillər 2024-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ilin iyul ayı ərzində respublika pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə elmi-statistik təhlillərin açıq müzakirə edilməsi nəzərdə tutulur.

Müzakirələrdə iştirak etmək istəyən pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri 30 may – 10 iyun tarixlərində aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linki

Qeydiyyat prosesi başa çatdıqdan sonra iştirakçıların anket formasında göstərdikləri elektron poçt ünvanlarına jurnalın elektron variantı göndəriləcək.

Müzakirələr müxtəlif istiqamətlər – ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eləcə də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları olmaqla müxtəlif günlərdə təşkil olunacaq. Hər bir istiqamət üzrə müzakirə günləri haqqında əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi