Modern.az

Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb

Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb

14 Fevral 2014, 15:39

Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb. Bu haqda Modern.az-a prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Prokurorluqdan bildirilib ki, fevralın 13-də saat 16 radələrində Biləsuvar şəhərində “KAMAZ” markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qaynaq işləri aparılan zaman baş vermiş yanğınla müşayiət olunmayan partlayış nəticəsində avtomobilin sürücüsü Şaiq Cəfərli və qaynaq işlərini aparan Əjdər Poladovun ölmələri, fəhlə Baloğlan Poladovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

B.Poladov aldığı bədən xəsarətləri ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

İş üzrə zəruri ekspertizalar təyin edilmiş və hazırda istintaq tədbirləri davam etdirilir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU