Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 20-də keçirilən IX siniflər üzrə buraxılış imtahanlarının nəticələri bu gün axşama qədər, yaxud sabah səhər saatlarınadək açıqlanacaq.
Modern.az xəbər verir ki, bunu Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ASAN TV-yə müsahibəsində deyib.
O bildirib ki, iştirakçıların sayı kifayət qədər çoxdur:
"Bu imtahanların yoxlama prosesi XI sinif buraxılış imtahanlarının apellyasiya prosesi ilə üst-üstə düşüb. Ekspert markerlərin sayı, təəssüf ki, çox deyil. Biz müəllimləri əməkdaşlığa dəvət edirik. Hazırda təxminən min müəllim var. Arada bayramlar, qeyri-iş günləri də olduğu üçün proses uzun çəkir".
Qeyd edək ki, imtahanda 53 minə yaxın şagird iştirak edib