Modern.az

Sadiq də yüksək bal toplayanlar sırasındadır...

Sadiq də yüksək bal toplayanlar sırasındadır...

Təhsil

30 May 2025, 23:51

Aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Modern.az xəbər verir ki, imtahanda yüksək bal toplayanlardsn biri də Rəcəbli Sadiqdir.

O, 2023-cü ildə xərçəng xəstəliyinə yaxalanıb. Hazırda ev şəraitində müalicə alan yeniyetmə, imtahana qədər dərslərə onlayn qoşulub.

Sadiq mümkün 300 baldan 254 bal toplayıb.

Qeyd edək ki, iki il öncə Sadiqin müəllimi Kamran Şeyxzamanlının təşəbbüsü ilə şagirdin müalicəsi üçün yardım kampaniyası başladılmış, yığılan 5 min manatdan çox məbləğ ailəsinə təqdim olunmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi