Modern.az

Nazirlərin “xalqın içinə” gedişi nə verib? - RƏSMİ CAVABLAR

Nazirlərin “xalqın içinə” gedişi nə verib? - RƏSMİ CAVABLAR

14 Fevral 2014, 17:57


2013-cü ilin aprel ayından başlayaraq, nazirlər Azərbaycanın müxtəlif bölgələrinə səfər edir. Vətəndaşlarla görüş zamanı bir çox şikayətlərə baxılıb. Bir çox məsələlər yerində həll edilib. Bununla əlaqədar olaraq, Modern.az saytı nazirlərin vətəndaşlarla keçirdiyi görüşlərin yekununu təqdim edir. Öncə, Səhiyyə və Daxili İşlər Nazirliyindən başlayırıq.

Artıq müəyyən orta statistika var

Səhiyyə Nazirinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Oqtay Şirəliyevin son 9 ay ərzində vətəndaşlarla bağlı görüşlərin yekununu açıqladı.
“Səhiyyə naziri Oqtay Şirəliyev ötən ildən başlayaraq, bölgələrə səfərlər təşkil edib. 2014-cü il üçün nəzərdə tutulan hələlik sonuncu görüş fevral ayının 12-də İmişli rayonunda olub. Bütün müəssisələrə müvafiq strukturlara tapşırıqlar verilib. Sonuncu görüşdə həmçinin, böyük xəstəxanaların, tibb mərkəzlərinin rəhbərləri də iştirak edirdi. Zərifə Əliyeva adına Oftolmologiya mərkəzinin direktoru, Respublika Kliniki Xəstəxanasının baş həkimi, Topçubaşov adına Elmi-tədqiqat cərrahiyyə mərkəzinin baş həkimi, Mama-ginekologiya institutunun direktoru eyni zamanda bütün rəhbər işçilər iştirak edirdi.
Artıq müəyyən orta statistika var. Uşaqların ürək-cərrahiyyə, dializ və yaxud böyrək çatışmazlığı ilə bağlı əməmliyyatlar, sonsuzluqla bağlı problemlər və başqa müalicə və yaxud cərrahiyyə əməliyyatlardır ki, Bakıda ixtisaslaşdırılmış klinikalarda keçirilməlidir. Eyni zamanda kadr məsələləri əlaqədar bir, iki gənc kadr müraciət edib. Ona görə də struktur bölmələrin rəhbərləri də iştirak edəndə onlara müvafiq tapşırıqlar dərhal yerində verilir. Təbii ki, elə müraciətlər də olub ki, onların birbaşa Səhiyyə Nazirliyinə aidiyyatı yoxdur. Səhiyyə nazirinin rəhbəri müvafiq təşkilatlara və yaxud dövlət qurumlarına göstəriş verib ki, bu cür müraciətlərlə bağlı məsələləri aidiyyatı qurumlara yönəltsin”.

DİN-də ötən il 5 min vətəndaş qəbul olunub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə nazir Ramil Usubovun vətəndaşlarla görüşünü belə şərh etdi:
"Daxili işlər naziri Ramil Usubov 5 ildən artıqdır ki, vətəndaşlarla mütəmadi olaraq, görüşlər keçirir. Nazirliyin struktur rəhbərliyi tərəfindən təkcə ötən il 5 mindən çox vətəndaş, o cümlədən 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunub. Görüş zamanı qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunaraq müsbət həllini tapıb. Təsəvvür edin, bu qədər müraciət ünvanlanıb. Eyni zamanda vətəndaşların müraciətinin məzmunu müxtəlifdir. Polis fəaliyyətinə aid olan məsələlərin böyük əksəriyyəti öz həllini tapıb. Digər tərəfdən polis fəaliyyətinə aid olmayan məsələlər isə aidiyyatı üzrə baxılması üçün müvafiq dövlət qurumlarına göndərilib”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU