Modern.az

Nazir xaricə göndərilən gənclərin qayıtmasından danışdı

Nazir xaricə göndərilən gənclərin qayıtmasından danışdı

Təhsil

2 İyun 2025, 08:37

“Elm sahəsinə uzun müddət yetərli qədər investisiyanın qoyulmaması nəticəsində xüsusilə gənclərin elmi fəaliyyətlərdə iştirakı arzuolunan səviyyədə deyil”.

Modern.az-ın məlumatına görə, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “AMEA-da Qarabağnamə ənənəsi və müasir dövr” adlı elmi konfransda çıxışı zamanı səsləndirib.

Nazir qeyd edib ki, hazırda ali təhsil və elm bir-birindən ayrı görülmür:

“Ali təhsilin olması üçün mütləq elm olmalıdır. Elm tədris prosesinin əsasını təşkil edir”.

Emin Əmrullayev əlavə edib ki, 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə nazirliyin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb və müəyyən elmi-tədqiqat institutları nazirliyin tabeliyinə verilib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda elmi tədqiqatların sayı ötən illə müqayisədə iki dəfədən çox artıb: “İnanıram ki, bu say daha da artacaq. Eyni zamanda, “Xaricdə təhsil” proqramı çərçivəsində hər il ölkədən kənara göndərilən gənclərin vətənə qayıtması nəticəsində mühüm elmi uğurların şahidi olacağıq”.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular