Bakıda orta məktəb müəllimi qəfil vəfat edib.
Modern.az-ın məlumatına görə, 183 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Yaşar Aliyarlı qəfil dünyasını dəyişib.
34 yaşlı müəllimin ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, Y.Aliyarlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub.