Modern.az

Azərbaycanda oxuyub-yazmağı bacarmayan şagirdlər - Bu rayonlardadır

Azərbaycanda oxuyub-yazmağı bacarmayan şagirdlər - Bu rayonlardadır

Təhsil

3 İyun 2025, 10:32

Azərbaycanda 5 nəfər 9-cu sinif şagirdi oxuyub-yazmağı bacarmır.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumat Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən nəşr olunan “Abituriyent 12” jurnalında qeyd olunub.

Jurnalda qeyd edilir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər  Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarındadırlar.

DİM oxuyub-yazmağı bacarmayan şagirdlərin daha çox olduğunu istisna etmir.

Qeyd edək ki, bu məlumatı 2024-cü ili əhatə edir. Ötən ilin hesabatına görə, 2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi