Modern.az

Prezidentdən vəzifə alan Samir Cəfərov kimdir? - FOTO

Prezidentdən vəzifə alan Samir Cəfərov kimdir? - FOTO

15 Fevral 2014, 14:21

Prezident İlham Əliyev dünən yeni təyinata imza atıb. Modern.az-ın məlumatına görə, ölkə başçısı Samir Dönməz oğlu Cəfərovun “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqda sərəncam imzalayıb.

Trend-in məlumatına görə, "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb. Moskva Dövlət Universitetində elmi işlə məşğul olub. Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışıb, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurub, sahibkarlıqla məşğul olub.

Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir.

2008-ci ildən indiyədək Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəri olub.

Modern.az Samir Cəfərovun fotosunu təqdim edir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU