Türkiyədə rüşvət və korrupsiya əməliyyatlarında adı keçən keçmiş daxili işlər naziri Muammər Gülərin Rza Zərrabla telefon danışığının növbəti səs yazısı yayılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səs yazısında rüşvət və korrupsiya əməliyyatlarının əsas “fiqur” larından biri Rza Zərrab hələ həbs olunmamışdan qabaq M. Gülərə zəng edib. İddialarda bildirilir ki, R.Zərrab həbsinə hazırlıq getdiyi barədə yayılan xəbərlərə görə sabiq daxili işlər nazirinə narahatlığını çatdırıb. M.Gülər isə Rza Zərraba cavabında bildirir ki, deyilənlər həqiqəti əks etdirmir. “Sən rahat ol. Vallah elə bir şey varsa, sənin qabağına yataram! Daxili İşlər Nazirliyində, MİT-də və Maliyyə Nazirliyində səninlə bağlı hər hansı bir sənəd yoxdur”-deyə iddialarda qeyd olunur.
Aqşin Kərimov