Modern.az

İsraildə qondarma “erməni soyqırımı”na abidə ucaldılır

İsraildə qondarma “erməni soyqırımı”na abidə ucaldılır

Təhsil

17 Fevral 2014, 10:03

İsrailin ən çox erməni icmasının yaşadığı Petax-Tikva şəhərində qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsi qaldırılıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məqsədlə icmanın nümayəndələri adıçəkilən şəhərin meri İshak Bravermanla görüşüblər. “Nairi”, “Noyan Tapan” və “Ararat” erməni icmalarını təmsil edən ermənilər merlə Petax-Tikvedə qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsini də müzakirə ediblər.

Xatırladaq ki, 2012-ci ildə İsrail parlamentində - Knessetdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi də müzakirəyə çıxarılıb. Ancaq İsrail-Ermənistan parlamentlərarası dostluq qrupunun və ayrı-ayrı fraksiya nümayəndələrinin cəhdi ilə müzakirəyə çıxarılan məsələ dəstəklənməyib.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU